23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR ilə “MOL Group” arasında kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb

SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “MOL Group”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi imzalayıblar.

Layihənin operatoru olan “MOL Group” birgə kəşfiyyat layihəsində 65%, SOCAR isə 35% paya malikdir.

Layihə çərçivəsində seysmik tədqiqatların 2026-cı ilin əvvəlində başlanması, daha sonrakı mərhələdə isə qazma işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, 3 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “MOL Group” şirkəti arasında imzalanan Əsas Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıqda mühüm mərhələdir.

Xatırladaq ki, “MOL Group” şirkəti Azərbaycan bazarına 2020-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 9,57% pay və xam nefti Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9% effektiv pay əldə etməklə daxil olub.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?