23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 56 faiz təşkil edib

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1,13 milyard ABŞ dolları dəyərində 58,4 mindən çox hibrid avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 1,9 dəfə, say baxımından isə 2,6 dəfə üstələyir.

Hesabat dövründə idxal edilən hibrid avtomobillərin strukturunda HEV (Hybrid Electric Vehicle) tipli avtomobillərin payı 25,5 faiz, PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobillərin payı isə 74,5 faiz təşkil edib.

Cari ilin ilk 11 ayında ölkəyə 315,2 milyon dollar dəyərində 14,8 mindən çox HEV avtomobilləri idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 faiz az, say baxımından isə 5 faiz çoxdur. Bununla yanaşı, 815 milyon dollarlıq 43,5 min ədəd PHEV tipli avtomobillər idxal edilib. Bu, bir il öncəki göstəriciləri müvafiq olaraq 3,2 və 5,1 dəfə üstələyir.

Ümumilikdə cari ilin yanvar-noyabr ayları ərzində ölkəyə təqribən 2 milyard dollar (+19,5 faiz) dəyərində 104,4 mindən (+25,9 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 56 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 28,7 faiz bəndi çoxdur.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?