23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə ikinci investisiya müsabiqəsi elan edilib

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə ikinci investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, investisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd, Xocalı, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdərə, Ağdam, Füzuli və Laçın rayonlarında yerləşir.

İnvestisiya layihəsinin istiqamətləri əkinçilik, bağçılıq, heyvandarlıq, gülçülük istixanası və balıqçılıq sahələrini əhatə edir.

İcarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 ilədək uzadılır.

Müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) üzərindən 5 fevral tarixinədək qəbul ediləcək. Müsabiqə ilə bağlı ətraflı məlumatla https://shorturl.at/A00Jf səhifəsindən tanış olmaq olar.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?