23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl maliyyə infrastrukturunun formalaşdırılması suveren yaşıl istiqrazların emissiyası üçün zəmin yaradacaq

Maliyyə Nazirliyində suveren yaşıl istiqrazların emissiyası üzrə çərçivənin hazırlanmasını təmin etmək məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Nazirliyin məlumatına görə, iclasda İşçi Qrupun rəhbəri, maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkədə ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və yaşıl maliyyələşdirmə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. O vurğulayıb ki, ölkədə yaşıl maliyyə infrastrukturunun formalaşdırılması gələcəkdə suveren yaşıl istiqrazların emissiyası üçün zəmin yaradacaq.

İclasda yaşıl istiqrazların emissiya çərçivəsi üzrə beynəlxalq təcrübələr diqqət mərkəzində olub və bu təşəbbüsün Azərbaycanda da tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, Asiya İnkişaf Bankının cəlb etdiyi ekspertlər tərəfindən suveren yaşıl istiqrazların emissiyası üzrə görüləcək işlərin mərhələləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

İşçi Qrupuna Azərbaycan Respublikasının suveren yaşıl istiqrazlarının emissiyası üzrə çərçivə sənədinin layihəsinin hazırlanması və yaşıl istiqrazlar vasitəsilə maliyyələşdiriləcək ekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?