23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

119,4 milyon manat əlavə gəlir dövlət büdcəsinə köçürülüb

Dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi və Mərkəzi Bank ilə imzalanan razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib. Nəticədə aprel–dekabr aylarında kommersiya banklarında yerləşdirilən depozitlər üzrə 98,6 milyon manat, Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə isə 20,8 milyon manat olmaqla, ümumilikdə 119,4 milyon manat əlavə gəlir dövlət büdcəsinə köçürülüb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?