29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pakistanla enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan ilə Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun onlayn formatda 2-ci iclası keçirilib.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, nazir müavini Kamal Abbasovun və Pakistan Energetika Nazirliyinin Neft bölməsinin birgə katibi Şahbaz Tahirin həmsədrliyi ilə keçirilən iclasda Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və “AzerGold” QSC, Pakistan tərəfindən Energetika Nazirliyi, “Pakistan State Oil” daxil olmaqla digər enerji və mədənçilik sahələri üzrə şirkətlərin nümayəndələri iştirak edib.

Nazir müavini Azərbaycan və Pakistan arasında uzun illər ərzində qarşılıqlı hörmətə və strateji əməkdaşlığa əsaslanan qardaşlıq münasibətlərinin formalaşdığını vurğulayıb. O, eyni zamanda, enerji şirkətlərini yeni imkanlar araşdırmağa və iki dövlət arasında hazırki kommersiya tərəfdaşlığını daha da dərinləşdirməyə çağırıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb. Pakistan tərəfi Azərbaycan ilə neft-qaz, mədənçilik və mineral sahələri üzrə layihələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin artıq başlandığını və bu sahələrdə müəyyən addımların atıldığını qeyd edib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?