23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda ÜDM istehsalı 3,6 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı (ÜDM) 1 490,5 milyon manat olub.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3,2 faiz artaraq 3159,8 manat təşkil edib.

Bu dövrdə Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 204 milyon manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 45,4 faiz üstələyir.

İstifadə olunan vəsaitin 72,963 milyon manatı və ya 35,8 faizi məhsul istehsalı sahələrinə, 48,857 milyon manatı və ya 23,9 faizi xidmət sahələrinə, 82,197 milyon manatı və ya 40,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 146,3 milyon manatı və ya 71,8 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çoxdur.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?