29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58571,3 milyon manatlıq, o cümlədən 31937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq qeyri-ərzaq malları alıb.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?