29 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2025-ci ilin noyabr ayında Çağrı Mərkəzinə 42 mindən çox müraciət daxil olub

İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2025-ci ilin noyabr ayı ərzində 36 714 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 42 414 müraciət olub.

Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.

Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək mümkündür. Göstərilən xidmətlər ödənişsizdir. 195-1 Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?