23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib

Bu gün İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində SOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, SOCAR tərəfindən həyata keçirilən layihələr və onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və AİH-nin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.

Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in MŞ-nın üzvləri tərəfindən müzakirələr aparılıb. İclasın yekununda Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?