Auditorlar Palatası məcburi audit subyektlərinə müraciət edib
Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin və müvafiq nizamnamə tələblərinə uyğun olaraq aşağıda göstərilən məcburi audit subyektləri hər il maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:
|
Sıra №si |
Məcburi audit subyektləri |
Məcburi auditdən keçmənin qanunvericilikdə |
|
1. |
İctimai əhəmiyyətli qurumlar |
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsi |
|
2. |
Məhdud məsuliyyətli cəmiyyətlər |
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin |
|
3. |
Səhmdar cəmiyyətləri |
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin |
|
4. |
Banklar və digər kredit təşkilatları |
“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələri |
|
5. |
Sığorta təşkilatları və cəmiyyətləri |
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsi |
|
6. |
İnvestisiya fondları |
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ saylı Qanununun 26-cı və 48-ci maddələri |
|
7. |
Maliyyə-sənaye qrupları |
“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 23 aprel tarixli 69-IQ saylı Qanununun 16-cı və 17-ci maddələri |
|
8. |
Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) |
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12.3-cü maddəsi |
|
9. |
Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları |
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12.2-ci maddəsi |
|
10. |
Publik hüquqi şəxslər |
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 173 nömrəli fərmanı ilə təsdiq edilmiş Publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsinin 7.4-cü maddəsi |
|
11. |
Siyasi partiyalar |
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 14.6-cı maddəsi |
|
12. |
Kənd təsərrüfatı kooperativləri |
“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ saylı Qanununun 5.4-cü maddəsi |
|
13. |
Bələdiyyələr |
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 772-IQ saylı Qanununun 13-cü maddəsi |
|
14. |
İnvestisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları |
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ saylı Qanununun 61-ci maddəsi |
|
15. |
Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri tələb olunan qurumlar |
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamları və digər sənədlər |
İzahedici qeydlər:
- Qanunvericiliyin tələblərinə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan iqtisadi subyektlər, qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və nizamnamələrində (əsasnamələrində) auditdən keçmələri tələb olunan qurumlarda həyata keçirilməli olan, habelə Səlahiyyətli Dövlət Orqanları tərəfindən aparılan audit məcburi, digər hallarda isə könüllüdür.
- Yuxarıdakı siyahıda qeyd olunan məcburi audit subyektlərindən başqa digər iqtisadi subyektlər də öz təşəbbüsləri ilə maliyyə hesabatlarının düzgünlüyünü təsdiq etdirmək və digər auditor xidmətlərindən istifadə etmək üçün könüllü olaraq müstəqil (kənar) auditor cəlb edə bilər.
- Auditi aparılan iqtisadi subyektin şəxsi əmlak mənafeyi, onun iqtisadi subyektinin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, iqtisadi subyektin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda, həmin iqtisadi subyektdə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə, auditorlara həmin iqtisadi subyektlərdə audit aparmaq qadağandır.
- Yeni dövrün çağırışları nəzərə alınmaqla dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və yaşıl iqtisadiyyatın inkişafı naminə aparılan ölkə iqtisadiyyatının inkişafının müasir mərhələsində müstəqil (kənar) audit maliyyə şəffaflığının əsas təminatçısı kimi, maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə xərclənməsində, maliyyə və vergi intizamının möhkəmləndirilməsində, korrupsiyaya və cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə mühüm rola malik olmaqla yanaşı, auditorlar tərəfindən təqdim olunan auditor hesabatının (auditor rəyinin) iqtisadi subyektlərin maliyyə fəaliyyətində yol verilən nöqsan və çatışmazlıqların vaxtında aşkar edilməsində və aradan qaldırılmasında çox böyük əhəmiyyəti vardır;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 sentyabr tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamənin 3-cü “Sistemin altsistemləri” bölməsinə uyğun olaraq məcburi audit subyektləri tərəfindən aşağıdakılar təmin edilməlidir:
3.2.1. kommersiya təşkilatlarının maliyyə hesabatları altsistemi vasitəsilə “Mühasibat uçotu haqqında” Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş kommersiya təşkilatları tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, habelə həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş kommersiya təşkilatları tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi barədə məlumatların, məcburi audit subyektləri tərəfindən isə maliyyə hesabatlarının məcburi auditini keçirməsi barədə auditor rəyinin elektron qaydada göndərilməsi.
3.2.2. publik hüquqi şəxslərin maliyyə hesabatları altsistemi vasitəsilə “Mühasibat uçotu haqqında” Qanunun 12-1.8-ci maddəsində nəzərdə tutulmuş publik hüquqi şəxslər tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının (auditor rəyi ilə birlikdə), habelə həmin Qanunun 12-1.9-cü maddəsində nəzərdə tutulmuş publik hüquqi şəxslər tərəfindən (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi barədə məlumatların elektron qaydada göndərilməsi.
Hörmətli təsərrüfat subyektlərinin rəhbərləri,
- İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz:
- https://audit.gov.az/Az/page/5 (auditor təşkilatları)
- https://audit.gov.az/Az/page/6 (sərbəst auditorlar)
- Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. (Əlaqə telefonları: (012) 564-83-66 ; (012) 498-28-55 (dax.:109) (050-612-04-73 ; E-mail: [email protected] - Vasif Cavadov).
Azərbaycan Respublikasının Auditorlar Palatası
