14 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstanbulda Türk Dövlətləri Təşkilatının energetika nazirlərinin 5-ci iclası keçirilib

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, iclasda çıxış edən nazir Pərviz Şahbazov Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulması və Orta Dəhlizlə Şimal-Cənub marşrutunu tamamlayan Zəngəzur Dəhlizinin açılması istiqamətində atılan addımların türk dövlətləri arasında birliyi daha da gücləndirəcəyini söyləyib.

Nazir Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 7,3 milyard dolları ötdüyünü, 20 milyard dollardan artıq qarşılıqlı investisiya portfelinin 70-80 faizinin enerji sektorunun payına düşdüyünü qeyd edib. Ötən il və bu ilin 11 ayında BTC vasitəsilə 53 milyon tona yaxın Azərbaycan, qazax və türkmən neftinin dünya bazarlarına çıxarıldığı, Türkiyənin 18,7 milyard kubmetr, Avropa ölkələrinin isə Türkiyə vasitəsilə 24,6 milyard kubmetr qazla təchiz olunduğu diqqətə çatdırılıb.

“İğdır-Naxçıvan” qaz kəmərinin istismara verilməsi, TPAO-nun “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarükü, həmçinin Özbəkistanda axtarış-kəşfiyyat layihəsinə başlanması türk dövlətləri arasında enerji əməkdaşlığının yeni mərhələdə nailiyyətləri kimi dəyərləndirilib.

Regional layihələr kontekstində Azərbaycanın, o cümlədən Xəzər dənizi və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını şaxələndirilmiş marşrutlarla Türkiyə və Avropa bazarlarına nəql etməklə bağlı enerji siyasətinin “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi”nin prioritetləri ilə üst-üstə düşdüyü vurğulanıb. “Trans-Xəzər”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, həmçinin “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi və interkonnektor layihələri enerji vasitəsilə türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ölkələrimizin elektrik enerjisi sistemlərinin tarixdə ilk dəfə birləşməsini, Zəngəzur dəhlizi isə bu enerji axınının Türkiyəyə çatdırılmasını təmin etməklə “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünü yaradacaq.” - nazir əlavə edib.

İclasda təşkilat çərçivəsində irəli sürülən təşəbbüslər müzakirə edilib, “Texnologiyalar və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəz” və “Enerji Səmərəliliyi üzrə Ekspertiza Şurası”nın yaradılması razılaşdırılıb. Nazirlərin növbəti iclasının Özbəkistanda keçirilməsinə qərar verilib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?