23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açılıb

Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılış mərasimi keçirilib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyə və Azərbaycanın turizm sənayesi və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələr arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirib.

O, türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında türkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib.

Tədbir çərçivəsində hər iki ölkənin turizm sənayesi nümayəndələri arasında turizm sahəsində regional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 416 mindən çox olub ki, bu da 2024-cü illə müqayisədə 7 faiz artım deməkdir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?