23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “İstehlakçı siyasəti” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 53) təsis edilib.

Dövlət Agentliyinin məlumatına görə, Texniki Komitənin yaradılmasında əsas məqsəd istehlakçılara mal və xidmət seçimində əlverişli şərait yaratmaq, bu sahədə beynəlxalq və dövlət standartlarının hazırlanması prosesində maraqlı tərəflərin fəal iştirakını təmin etmək, istehlakçıların gözləntilərini və bazarın tələblərini nəzərə almaq, mal və xidmətlərin keyfiyyəti və təhlükəsizliyi haqqında dəqiq informasiya əldə olunmasını təmin etməkdir.

Texniki Komitədə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bilavasitə fəaliyyət göstərən 8 dövlət qurumu, eləcə də ictimai iştirakçılığın təmin edilməsi məqsədilə 5 ictimai birlik təmsil olunur.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?