23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar Çində keçiriləcək ticarət və investisiya konfransına dəvət olunurlar

25–27 yanvar 2026-cı il tarixlərində Çinin paytaxtı Pekin şəhərində Beynəlxalq Ticarət və İnvestisiya Konfransı keçiriləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, “Huahe International” və İpək Yolu İqtisadi Alyansı tərəfindən təşkil olunan tədbir “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində ölkələr və regionlar arasında işgüzar əlaqələrin inkişafına xidmət edir.

Konfrans kənd təsərrüfatı, maşınqayırma, tikinti, bərpaolunan enerji, səhiyyə, yüngül sənaye, İKT, avtomobil istehsalı və digər sahələri əhatə edəcək. Tədbir sahibkarları, dövlət qurumlarının nümayəndələrini və sahə liderlərini bir araya gətirərək təcrübə mübadiləsi, tərəfdaşlıqların qurulması və yeni biznes layihələrinin təşviqi üçün unikal platforma yaradır.

Konfransda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı telefon nömrəsi və ya elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər:

Əlaqələndirici şəxs: Aytac Talıblı

Tel: +994 12 465 76 92 / 107

E-mail: [email protected]

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?