23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Prezidentinin köməkçisi: “Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir”

Təkmilləşdirmə nəticəsində Azərbaycanda gömrük siyasətinin strateji baxışı bir neçə əsas istiqamətdə formalaşacaq və daha səmərəli fəaliyyət göstərəcək.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, aparılan islahatlarla ticarət prosedurlarının optimallaşdırılması və sərhəd-keçid sisteminin modernləşdirilməsi prioritet olaraq saxlanılmalıdır.

“Rəqəmsal həllərin tətbiqi və prosedurların azaldılması əməliyyatların sürətlənməsinə şərait yaradacaq, ölkənin qlobal ticarət zəncirinə daha çevik inteqrasiyasını təmin edəcək. Qeyri-qanuni dövriyyə ilə mübarizə, subyektivlik risklərinin azaldılması və biznes mühitində bərabər rəqabət şəraitlərinin təmin olunması gələcəkdə də prioritet olmalıdır. İnsan kapitalının inkişafı, data əsaslı qərar qəbul etmə, "yaşıl gömrük" təşəbbüsləri və rəqəmsal transformasiya müasir idarəetmənin əsas elementləri olaraq qalacaq. Növbəti mərhələdə gömrük və biznes münasibətlərinin tənzimlənməsi sahəsində əsas prioritet "Etibarlı Tərəfdaşlığın", vicdanlı sahibkarların dəstəklənməsi olmalıdır. Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir. Eyni zamanda, qanunsuz əməliyyatlara qarşı, təbii ki, sərt tədbirlər tətbiq edilməli və bazarın etibarlılığı artırılmalıdır. Bu yanaşma Azərbaycanın gömrük-logistika sistemini yüksək etimada malik və sahibkaryönümlü institusional modelə çevirəcək”, - deyə Ş.Mövsümov əlavə edib.

AZƏRTAC

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?