23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub

Qırğız Respublikasının Bişkek şəhərində Türk İnvestisiya Fondunun (TİF) Rəhbərlər Şurasının 2-ci iclası keçirilib.

Tədbirdə iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev son illər Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndiyini, sənaye, enerji, nəqliyyat, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb. Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasının regional inkişafı sürətləndirəcəyi və üzv ölkələr arasında investisiya tərəfdaşlığını daha da genişləndirəcəyi qeyd olunub. Ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, mövcud investisiya imkanları barədə məlumat verilib.

Tədbirdə iştirak edən üzv ölkələrin nümayəndələri TİF-in Türk dünyasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Fondun tezliklə fəaliyyətə başlamasının regionun dayanıqlı inkişafı, rəqabətqabiliyyətinin artırılması və investisiya imkanlarının daha effektiv yönləndirilməsi baxımından önəmi qeyd edilib.

İclasda Fondun fəaliyyətinə dair məsələlər müzakirə edilib. Rəhbərlər Şurasının prosedur qaydaları ilə bağlı sənədlər qəbul edilib. Fondun 2024-cü il fəaliyyəti müzakirə edilib.

TİF-in funksional beynəlxalq maliyyə institutuna çevrilməsi istiqamətində daha bir vacib addım atılıb. Fonda üstun kreditor statusunun verilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar qəbul olunub.

İclasda Azərbaycanın təklifinə əsasən TİF-in əməliyyat fəaliyyətinə başlaması ilə bağlı Rəhbərlər Şurasının qərarı qəbul olunub. Türk İnvestisiya Fondunun investisiya fəaliyyətinə 2026-cı ilin birinci rübünün sonunadək başlaması müəyyən olunub.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?