7 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşkənddə “Üstyurt” Əməliyyat Şirkətinin ofisinin açılış mərasimi olub

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Üstyurt” Əməliyyat Şirkətinin ofisinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, açılış mərasimində “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, layihə komandalarının üzvləri, eləcə də layihənin ərsəyə gəlməsinə töhfə verən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Çıxışlarda “Üstyurt” Əməliyyat Şirkətinin geoloji-kəşfiyyat potensialının inkişafına, bu sahədə qabaqcıl texnologiyaların tətbiqinə və regionun enerji dayanıqlığının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb. Bildirilib ki, şirkətin yaradılması və ofisin açılması Azərbaycan və Özbəkistan arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir. İki ölkə başçısının siyasi iradəsi və ali dövlət səviyyəsində dəstək bu kimi mühüm layihələrin həyata keçirilməsi və onların uğurlu icrasına zəmin yaradır.

Qeyd edək ki, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

Operator şirkətin ofisinin istifadəyə verilməsi layihənin aktiv əməliyyat mərhələsinə keçdiyini göstərir. Qısa müddət ərzində zəruri hazırlıq işləri yerinə yetirilib: operator qeydiyyatdan keçirilib, vacib lisenziyalar əldə olunub və geoloji-kəşfiyyat işlərinin başlanmasına dair prosedurlar icra olunub.

VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur?