14 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad olunmuş ərazilər üzrə investisiya müsabiqəsinə çıxarılan torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb

Kənd Təsərrüfatı Nazirliyi ilə sahibkarlar arasında azad olunmuş ərazilər üzrə investisiya müsabiqəsinə çıxarılan torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb.

Nazirlikdən verilən məlumata görə, 45-dən çox sahibkarla ilkin mərhələdə 5 illik, sonrakı mərhələdə 44 illik müddətə nəzərdə tutulmaqla ümumilikdə 4 654 hektar torpağın icarəyə verilməsi həyata keçirilir.

Cari ilin sentyabr və oktyabr aylarında sahibkarlar üçün torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə bağçılıq və heyvandarlıq istiqamətində Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə 6876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb. Bu çərçivədə qeydiyyata alınan 68 müraciətdən, layihə sənədlərini təqdim etmiş 49 müraciətçi üzrə 51 layihə qiymətləndirilməyə cəlb olunub və nəticədə 48 layihə məqbul hesab edilib. Məqbul hesab edilən müraciətlər üzrə investisiya layihələrinə ayrılması nəzərdə tutulan torpaq sahəsi 3 rayon üzrə 4 654 ha təşkil edir. Bunlardan 1 layihə intensiv heyvandarlığın inkişaf etdirilməsi istiqaməti (Laçın rayonu), digər 47 layihə isə (Laçın, Xocalı və Xocavənd rayonları) intensiv meyvəçilik istiqamətini əhatə edir.

Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə qalibləri ilə Kənd Təsərrüfatı Nazirliyi arasında torpaq icarə müqavilələrinin bağlanılmasına başlanılıb.

Əkin yerlərinin sahibkarlara investisiya müsabiqələri əsasında 5+44 ilədək müddətə icarəyə verilməsi nəzərdə tutulur. İnvestisiya müsabiqələrində təqdim edilən aqrar layihənin kənd təsərrüfatı fəaliyyətinin dəyər zəncirini əhatə etməsi (əkinçilik, bağçılıq, heyvandarlıq, emal və s.), innovativ parametrlərə malik olması, investisiya həcmi, səmərəliliyi, dəyər zəncirini özündə ehtiva etməsi və s. məsələlər nəzərə alınır. İcarə müddəti dövründə fəaliyyətin qiymətləndirilməsi ilə fəaliyyətin davam etdirilməsi qərarları qəbul olunacaq.

Qeyd edək ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında formalaşması Nazirliyin əsas prioritetlərinə daxildir. Bu məqsədlə icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstəklər diqqət mərkəzində saxlanılır və Aqrar Subsidiya Şurasının hər il qəbul edilən qərarlarında ehtiyac meyarları nəzərə alınaraq fərqləndirilir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?