23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Beynəlxalq ticarət” işçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun iclası keçirilib.

İşçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinovun, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr aparılıb.

İclasda beynəlxalq ticarətin asanlaşdırılması üçün dövlət xidmətlərinin keyfiyyətinə dair hüquqi tənzimlənmələr, Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımaları alt sektorlarının əlavə edilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müvafiq infrastruktur sahələrinin yaradılması imkanlarına dair təqdimatlar dinlənilib.

Həmçinin Türk Dövlətləri Təşkilatının Ticarətin Asanlaşdırılması Strategiyası sənədi üzrə Azərbaycan tərəfindən müvafiq əlaqələndirici orqan kimi "Beynəlxalq ticarət" işçi qrupunun 2025-ci il ərzində fəaliyyəti çərçivəsində atılan addımlar diqqətə çatdırılıb.

Daha sonra işçi qrupun fəaliyyətinə dair “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmə və kommunikasiyanın həyata keçirilməsi barədə 2025-ci il üzrə Yol xəritəsi”nə daxil edilən tapşırıqların icra vəziyyəti barədə müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?