30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Agentliyi yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektlərinə müraciət edib

Qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən müvafiq rəyin alınması nəzərdə tutulub.

Dövlət Agentliyinin məlumatına görə, belə ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün həmin obyektlərdə istifadə olunan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Qanunun tələblərinə uyğun olması barədə Agentliyin müvafiq rəyi olmalıdır. Bu məqsədlə yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin tipi təsdiqlənməli, müvafiq yoxlamadan keçirilməli, texniki reqlamentlərlə əhatə olunan malların uyğunluğu qiymətləndirilməli və bu barədə müvafiq təsdiqedici sənədlər – sertifikat, şəhadətnamə, inspeksiya rəyi və s. əldə edilməlidir.

Rəyin əldə olunması üçün yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektləri yanacaqdoldurma obyektinin fəaliyyəti üçün zəruri olan qurğu, avadanlıq (o cümlədən, ölçmə vasitələri) yeni quraşdırıldığı (istifadəyə verilmədiyi), eləcə də istismarda olduğu halda, tələb olunan müvafiq ərizə formasını (https://competition.gov.az/az/page/melumat-merkezi/information/yanacaqdoldurma-obyektlerinin-istismarina-lisenziya-verilmesi-ucun-reyin-alinmasi) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şəxsən və ya səlahiyyətli nümayəndə tərəfindən birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət etməlidirlər.

Ərizəçi müraciət etməzdən əvvəl ona məxsus yanacaqdoldurma obyektində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə məlumatların Agentliyin dövlət reyestrində (https://e-keyfiyyet.gov.az/informative-services/registry) mövcudluğunu yoxlamalı, daha sonra mallara (qurğu, avadanlıq, ölçmə vasitəsi və s.) dair akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sənədləri ərizəyə əlavə etməlidir.

Qeyd edək ki, tələb olunan sənədlərin verilməsini həyata keçirən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar barədə məlumat Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsindən (https://accreditation.gov.az/az/uygunlugun-qiymetlendirilmesi) əldə oluna bilər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?