30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakının pərakəndə ticarət dövriyyəsinin həcmində müsbət dinamika var

Bu ilin yanvar-oktyabr aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 31 031,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 17 208,4 milyon manat, qeyri-ərzaq malları isə 10,1 faiz artaraq 13 822,9 milyon manat təşkil edib. Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,2 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,9 faiz artıb.

İstehlak məhsullarının 36,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,6 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Bu dövrdə paytaxt üzrə ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15 faiz artaraq 1 537,5 milyon manata çatıb.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 842,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 54,8 faizini təşkil edib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?