2 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sudan Azərbaycanla dağ-mədən sənayesində əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlıdır

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.

QSC-nin məlumatına görə, İdarə Heyətinin sədri ölkədə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, əlverişli investisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlət dəstəyi nəticəsində “AzerGold”un fəaliyyət istiqamətləri üzrə mühüm nailiyyətlər, geniş təcrübə əldə etdiyini bildirib. Sədr mineral resurslarla zəngin ölkələrlə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışaraq, xüsusən Mərkəzi Asiya və Afrika regionlarının “AzerGold” üçün strateji maraq dairəsində olduğunu diqqətə çatdırıb.

Səfir Ənəs Eltayeb Elqaylani Mustafa Sudanın Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə dağ-mədən sənayesi sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəsinin qızıl və mis kimi zəngin filiz ehtiyatlarına və geniş ixrac potensialına malik olduğunu deyib. Səfir əlavə edib ki, Sudan hökuməti bu potensialın səmərəli şəkildə dəyərləndirilməsi üçün xarici tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir.

Tərəflər görüşü ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində atılan müsbət bir addım kimi dəyərləndirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?