30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Metrologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən metrologiya sahəsi üzrə 5 yeni dövlət standartı qəbul edilib:

AZS EN 1434-1:2025 “İstilik enerjisi sayğacları. Hissə 1: Ümumi tələblər”,

AZS EN 1434-4:2025 “İstilik enerjisi sayğacları. Hissə 4: Tipin təsdiqi sınaqları”,

AZS EN 1434-5:2025 “İstilik enerjisi sayğacları. Hissə 5: İlkin yoxlama sınaqları”,

AZS EN 12480:2025 “Qaz sayğacları – Rotor yerdəyişmə qaz sayğacları”,

AZS EN 1359:2025 “Qaz sayğacları – Diafraqma qaz sayğacları”.

Bu dövlət standartları istilik və qaz sayğaclarının işləmə prinsipləri, təhlükəsizliyi, istehsalı, eləcə də sınaqlarına dair tələbləri müəyyən edir.

Avropa standartları əsasında işlənib hazırlanan dövlət standartlarının tətbiqində məqsəd istilik və qaz sayğaclarının təhlükəsizliyini və ölçmə nəticələrinin düzgünlüyünü təmin etməkdir.

Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?