2 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə tenderin qalibi müəyyənləşib

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məqsədilə keçirilən beynəlxalq tenderin qalibi İtaliyanın “CESI S.p.A.” şirkəti olub.

Energetika Nazirliyindən verilən məlumata görə, layihənin texniki-iqtisadi əsaslandırmasının birinci mərhələsini icra edəcək “CESI S.p.A.” şirkəti “Yaşıl Dəhliz Alyansı” MMC üçün məsləhətçi qismində fəaliyyət göstərəcək.

“CESI S.p.A.” energetika sektorunda texniki konsaltinq və mühəndislik sahəsində 70 ilə yaxın təcrübəyə malik qlobal şirkətdir. 1956-cı ildə təsis olunan və Milanda yerləşən şirkət dünyanın dörd qitəsində 70-dən çox ölkədə fəaliyyət göstərir və enerji sistemlərinin araşdırılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası, enerji aktivlərinin idarə edilməsi və enerji sistemləri arasında elektrik birləşmələrinin layihələndirilməsi üzrə ixtisaslaşıb. “CESI S.p.A.”-nın əsas müştəriləri arasında ən iri energetika şirkətləri, elektrik ötürmə sistemi operatorları və beynəlxalq maliyyə institutları yer alır. Şirkət “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin də texniki-iqtisadi əsaslandırmasını həyata keçirir.

Xatırladaq ki, ötən il COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş imzalanıb. Sazişin icrası məqsədilə “Yaşıl Dəhliz Alyansı” MMC yaradılıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?