23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradılıb

Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradılıb

İstanbul şəhərində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit orqanlarının rəhbərlərinin iştirakı ilə Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi (TÜRKSAI) yaradılıb.

Azərbaycan Hesablama Palatasının məlumatına görə, yeni qurumun Təsis Bəyannaməsi beş ölkənin ali audit orqanlarının rəhbərləri tərəfindən imzalanıb.

TÜRKSAI-nin yaradılması ilə bağlı keçirilən tədbirdə Azərbaycanı Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin açılışında çıxış edən Türkiyə Hesablama Məhkəməsinin prezidenti Metin Yenər türk dünyasının artan siyasi və iqtisadi nüfuzunun ali audit orqanlarının məsuliyyətini daha da artırdığını, eləcə də ortaq auditlərin əhəmiyyətini vurğulayıb. O, ölkələrin audit orqanları arasında əməkdaşlığın yeni yaradılan Birlik çərçivəsində daha da güclənəcəyinə inamını bildirib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?