12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi əsərlər toplusu nəşr edilib

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi əsərlər toplusu nəşr edilib

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusunun “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi buraxılışı nəşr edilib.

Toplunun yeni buraxılışında “İqtisadi fəaliyyət sahələri”, “Texnologiya, innovasiya və istehsal sahələri”, “Dayanıqlı inkişaf və iqlim siyasəti”, “Rəqəmsal iqtisadiyyat və süni intellekt”, “Maliyyə, fintek və risk idarəçiliyi”, “İnsan kapitalı, təhsil və əmək bazarı”, ”İcmal materialları” başlıqları altında ümumilikdə 28 məqalə dərc olunub. Məqalələrdə “Konstitusiya və Suverenlik İli”nə uyğun olaraq, ölkəmizin iqtisadi inkişaf yolunda əldə etdiyi nailiyyətlər, aparılan islahatlar və qarşıda duran yeni çağırışların elmi təhlili aparılıb.

Qeyd edək ki, rüblük nəşr olunan “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusuna iqtisadiyyata aid Azərbaycan, rus və ingilis dillərində məqalələr qəbul edilir.

Toplunun yeni nəşri ilə tanış olmaq üçün link: https://bit.ly/48j2dQo

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?