Afrika qitəsindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Afrika qitəsindən Azərbaycana 14,8 mindən çox əcnəbi vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin sentyabr ayında Afrika ölkələrindən Azərbaycana 2,2 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin sentyabr ayına nisbətdə 18 faiz çox, cari ilin avqust ayına nisbətdə isə 25,4 faiz azdır.
Sentyabr ayında Afrika ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:
Əlcəzair – 758
Mərakeş – 379
Cənubi Afrika Respublikası – 285
Sudan – 197
Keniya – 95
