9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində görüşlər keçirilib

Azərbaycan nümayəndə heyətinin İsrailə səfəri çərçivəsində görüşlər keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə işgüzar səfər edib. Səfər çərçivəsində İsrail rəsmiləri ilə bir sıra görüşlər keçirilib, tərəfdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb.

İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Zeev Elkin ilə görüşdə İsraillə müxtəlif istiqamətlər üzrə əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Birgə Komissiyanın fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

İsrailin xarici işlər naziri Qideon Saarla görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin, iqtisadi-ticarət əlaqələrinin genişlənməsindən məmnunluq ifadə edilib. Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi, birgə layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə fikirlərini bölüşüblər. Azərbaycanın əlverişli geoiqtisadi mövqeyi və qlobal ticarətdə artan tranzit potensialı qeyd olunub.

-----

12:58

“İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşməkdən məmnun olduq.

Azərbaycan – İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?