Fermerlərə verilən güzəştli kreditlərin məbləği açıqlanıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6420 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk 9 ayında aqrar sektorda fəaliyyət göstərən 4003 müraciət üzrə 78 milyon manat məbləğində kredit verilib. 2024-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə kredit alanların sayı 23,3 faiz, kredit məbləği isə 26 faiz artıb.
Kredit məbləğinin təyinatı üzrə bölgüsü:
- Texnika və avadanlıq təyinatlı kreditlər - 51,1 milyon manat (+6,2 faiz)
- Güzəştli kreditlər – 12,4 milyon manat (+12,4 dəfə)
- Mikrokreditlər - 14,5 milyon (+13,3 faiz)
