7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar-oktyabr ayları ərzində 300 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Yanvar-oktyabr ayları ərzində 300 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2025-ci ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 300.073 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 57.614-ü (19,2 %) ilkin, 242.459-u (80,8 %) isə təkrar qeydiyyatın payına düşür.

Bu dövrdə fərdi yaşayış və bağ evi üzərində – 58.587, mənzil – 78.092, torpaq sahəsi – 152.521, qeyri-yaşayış binası – 2.592, qeyri-yaşayış sahəsi – 7.564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84.431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar-oktyabr ayları ərzində 214.701 texniki pasport tərtib edilib, 51.753 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?