30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs sənədi imzalanıb

Çinin şimal-qərbindəki Şansi əyalətinin Sian şəhərində keçirilən Çin–Avropa Dəmir Yolu Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs” sənədi imzalanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, sənəd rəqəmsal məlumat mübadiləsini, tarif siyasətinin təkmilləşdirilməsini, infrastruktura investisiyaların artırılmasını, “yaşıl logistika” siyasətinin tətbiqini və digər istiqamətləri əhatə edir.

Forumda Azərbaycan nümayəndə heyətini QSC-nin sədr müavini Arif Ağayevin təmsil edib. Forum Çin–Avropa marşrutu üzrə yükdaşımaların dayanıqlı inkişafına dəstək, Asiya və Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsi, həmçinin “Kəmər və Yol” təşəbbüsünün inkişafı üçün əsas beynəlxalq müzakirə platformalarından biri hesab olunur.

Forumda çıxış edən Arif Ağayev Azərbaycanın Çini təkcə strateji ticarət tərəfdaşı kimi deyil, həm də nəqliyyat və logistika sahəsində etibarlı müttəfiq kimi qiymətləndirdiyini bildirib. ADY sədrinin müavini qeyd edib ki, infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi regionlararası əlaqələrin möhkəmlənməsi, logistika proseslərinin sürətlənməsi, marşrutların şaxələndirilməsi və iştirakçı ölkələrin ixrac-idxal potensialının artırılmasına mühüm töhfə verir.

Forumda iştirakla yanaşı, ADY nümayəndə heyəti Çin Xalq Respublikasının “Cosco”, “Huawei” və “CCCC” şirkətlərinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, əməkdaşlıq perspektivlərini, regional yükdaşımalar və rəqəmsallaşma üçün atılacaq mümkün birgə tədbirləri müzakirə edib.

Tədbir çərçivəsində ümumi müzakirələr Çin–Avropa Dəmir Yolu Ekspresi dəhlizindən istifadə səmərəliliyinin artırılması, yükdaşıma həcminin genişləndirilməsi, müasir beynəlxalq logistika sisteminin formalaşdırılması, eləcə də Şərqlə Qərb arasında quru nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə həsr olunub.

İştirakçılar təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli multimodal nəqliyyat marşrutlarının yaradılmasının “Kəmər və Yol” layihəsinin inkişafı üçün mühüm faktor olduğunu bildiriblər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?