30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 830,0 milyon manat investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, investisiyaların 4 196,4 milyon manatı neft-qaz sektorunun, 10 633,6 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 1 884,5 milyon manatı (ümumi sərmayənin 12,7 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.

Bu ilin ilk 10 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 3 265,5 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 39,3 faiz çoxdur.

Əsas investor ölkələr aşağıdakılardır:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Birləşmiş Ərəb Əmirlikləri
Türkiyə
Rusiya
ABŞ
İsveçrə
Yaponiya
İran
Macarıstan
Fransa
Hindistan

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?