7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu” mövzusunda panel müzakirə təşkil olunub

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası – COP30 çərçivəsində “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu” mövzusunda panel müzakirə təşkil olunub.

Müzakirənin əsas məqsədi 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş və bu sahədə ilk qlobal təşəbbüs olan “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin beynəlxalq arenada təbliği və tərəfdaşlarının coğrafiyasının genişləndirilməsi, eləcə də sözügedən Bəyannamənin icrası ilə bağlı növbəti addımların müzakirəsidir. Qeyd edək ki, Bəyannaməyə qoşulan tərəfdaşların sayı artmaqdadır. Artıq 20-dən çox yerli və xarici ölkələrin qurumları, beynəlxalq təşkilat və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməyə qoşulub və dəstəyini ifadə edib. Bəyannamə Azərbaycanın yaşıl keçid üçün qlobal liderliyini və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə xüsusi internet səhifəsi də (www.greensme.org) yaradılıb.

Azərbaycan pavilyonunda KOBİA-nın təşkilatçılığı ilə keçirilən panel müzakirədə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak ediblər.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyevin moderatorluğu ilə keçirilən panel müzakirədə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Nümayəndəsi, COP29-un iqlim üzrə çempionu Nigar Arpadarai, SEBRAE-nın müşaviri Qustavo De Lima Cezario, “PAŞA Bank” ASC-nin icraçı direktorunun müavini Bəhruz Nağıyev, Beynəlxalq Ticarət Mərkəzinin Latın Amerikası və Karib hövzəsi üzrə ofisinin rəhbəri Matias Urrutigoity və Asiya İnkişaf Bankının İqlim Dəyişikliyi üzrə baş mütəxəssisi Esmyra Javier çıxış ediblər. Çıxışlarda KOB-ların yaşıl keçid prosesində üzləşdiyi çətinliklər, beynəlxalq təşkilatların mövcud dəstək mexanizmləri və təcrübələri barədə məlumat verilib. Həmçinin, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin mövcud statusuna dair məlumat diqqətə çatdırılıb, bəyannamənin təbliği istiqamətində görülmüş işlərin video icmalı təqdim edilib.

Panel müzakirədə Bakı İqlim Bəyannaməsinin icrası üzrə Yol Xəritəsi çərçivəsində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. İştirakçılar Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Bakı İqlim Bəyannaməsinin KOB-ların yaşıl keçidi baxımından əhəmiyyətli platformalardan olduğunu qeyd ediblər.

Qeyd edək ki, KOBİA nümayəndələri COP30 çərçivəsində keçirilən tədbir və təqdimatlarda aktiv iştirak edir, KOB-ların qlobal iqlim prosesinə verə biləcəyi töhfə, yaşıl keçidin sürətləndirilməsində KOB-ların rolu məsələlərinə dair müzakirələrdə iştirak edirlər.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?