30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Honkonq Ticarətin İnkişafı Şurası ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Honkonq Ticarətin İnkişafı Şurasının Avropa, Mərkəzi Asiya və İsrail üzrə regional direktoru Kris Lo ilə görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, görüşdə AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri, eləcə də “Made in Azerbaijan” brendinin tanıdılması məqsədilə həyata keçirilən ixracın stimullaşdırılması tədbirləri barədə məlumat verib.

Öz növbəsində Kris Lo təmsil etdiyi qurumun fəaliyyəti, qarşılıqlı ticarət və investisiya platforması kimi rolu və beynəlxalq biznes əlaqələrinin qurulmasında strateji mövqeyi barədə danışıb, ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün Azərbaycanı Honkonqda keçiriləcək beynəlxalq sərgilərdə iştirak etməyə dəvət edib, qarşılıqlı investisiya missiyalarının təşkili və birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb.

Görüşdə metallurgiya, məlumatların tədqiqatı, şərabçılıq, qida sənayesi, texnologiya, logistika və istehsalat kimi sahələr üzrə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?