8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir

“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji hazırlıq səviyyələrinin müəyyənləşdirilməsi prosesi davam edir.

Mərkəzin məlumatına görə, bu çərçivədə artıq bir neçə müəssisədə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə texnoloji transformasiya üzrə yerində qiymətləndirmə aparılıb. “Azərsun Holding”in “Sun Tea” çay fabrikində, “Azertexnolayn” MMC-nin Sumqayıt Sənaye Parkında yerləşən polad boru zavodunda, “Azəri Taxıl” MMC-nin quşçuluq təsərrüfatında, “KonstraLab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsində və “STP Polimer” zavoduna baxış keçirilib.

İstehsal prosesləri, əməliyyatların idarə olunması, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma potensialı təhlil olunub. Müəssisələrdə həmçinin dayanıqlı inkişaf istiqaməti üzrə qiymətləndirmələr aparılır, enerji səmərəliliyi, resursların idarəedilməsi, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə üzrə mövcud vəziyyət araşdırılır. Növbəti mərhələdə toplanmış məlumatlar əsasında müəssisələrin cari vəziyyətini əks etdirən ətraflı qiymətləndirmə hesabatları hazırlanacaq.

“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir və ölkə sənayesində texnoloji transformasiyanı sürətləndirməyi, innovasiya əsaslı istehsal modellərinin tətbiqini genişləndirməyi, müəssisələrin əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Proqrama qoşulan yerli sənaye müəssisələrinin həm texnoloji transformasiya, həm də dayanıqlı inkişaf göstəriciləri beynəlxalq metodologiya əsasında qiymətləndirilir və hər bir müəssisə üçün fərdi inkişaf üzrə yol xəritəsi hazırlanır.

Proqrama qoşulmaq istəyən şirkətlər industry4.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər. İştirak tamamilə ödənişsizdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?