8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Dünya Bankının Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında kənd təsərrüfatı və suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanmaqda olan “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlıq prosesi, təsdiqi və icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, hazırda müzakirə edilən və hazırlıq mərhələsində olan layihə ölkə üzrə suyun nəqli ilə bağlı infrastrukturun yenilənməsi, seçilmiş ərazilərdə müasir suvarma sistemlərinin qurulması, torpaq konsolidasiyası və Sudan İstifadəçilər Birliklərinin işi ilə bağlı pilot tətbiqləri əhatə edir. Qeyd edilib ki, bu layihə suvarma suyuna qənaət və iqlimədost yanaşmalar ilə ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın, dayanıqlığın və rəqabət qabiliyyətinin artırmasına töhfə verəcək.

Görüş zamanı nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib, suvarma sistemlərinin bərpası, suya qənaət edən sistemlərin tətbiqinin ölkənin kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Görüşdə Azərbaycanın iqlim dəyişikliyi səbəbindən su qıtlığı ilə üzləşən ölkələr kateqoriyasına aid olması, istifadə edilən suyun böyük hissəsinin ölkədən kənar mənbələrdən formalaşdığı diqqətə çatdırılıb. Bu baxımdan kənd təsərrüfatında istifadə edilən suyun toplanması, nəqli və istifadəsində su itkisini minimumlaşdıracaq yanaşmaların tətbiqinin aqrar siyasətdə əsas prioritetlərdən biri olduğu qeyd edilib. Həmçinin, layihə çərçivəsində ölkə üzrə torpaq konsolidasiyası və təsərrüfatdaxili suvarma suyunun idarə edilməsi sahəsində yeni pilot yanaşmaların tətbiqinin mühüm olduğu vurğulanıb.

Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verdiyini qeyd edib, ölkəmizin kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini vurğulayıb. O, hazırlanmaqda olan CRAIS layihəsinin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və iqtisadi fəallığın artırılmasına, məşğulluğun dəstəklənməsinə və fermerlərin maliyyə əlçatanlığının artırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?