6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı onlayn görüş keçirilib

“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı onlayn görüş keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Azərbaycan Bacarıqlar Akseleratoru” (Skills Accelerator Azerbaijan) layihəsinə dair dövlət qurumları, ali təhsil müəssisələri və özəl şirkətlərdən ibarət yerli tərəfdaşlarla onlayn görüş keçirilib.

Mərkəzin məlumatına görə, görüşün məqsədi layihənin əsas istiqamətləri barədə ilkin məlumat vermək, planlaşdırılan fəaliyyətləri təqdim etmək və tərəfdaşlarla fikir mübadiləsi aparmaq olub.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov bildirib ki, “Bacarıqlar Akseleratoru” təşəbbüsü - Dünya İqtisadi Forumunun (DİF) Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzi (Center for New Economies and Society) tərəfindən həyata keçirilən qlobal dövlət-özəl əməkdaşlıq platformasıdır. Platformanın məqsədi əmək bazarındakı bacarıq boşluqlarını aradan qaldırmaq, gələcəyin peşələrinə uyğun yeni bacarıqların formalaşdırılmasını dəstəkləmək və ömürboyu öyrənməni təşviq etməkdir.

Qeyd olunub ki, bu gün DİF-in Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) 35-dən çox ölkədə fəaliyyət göstərir. Bu şəbəkə dövlət qurumları, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlıq üçün vahid platforma rolunu oynayır. Təşəbbüs müxtəlif ölkələrdə bacarıq inkişafı strategiyalarının formalaşdırılmasına, təlim proqramlarının hazırlanmasına və dövlət-özəl tərəfdaşlıqlarının gücləndirilməsinə dəstək verir. Azərbaycan da bu beynəlxalq platformaya qoşularaq öz milli bacarıq ekosisteminin inkişafına töhfə verəcək.

4SİM-in Layihələrin idarəolunması şöbəsinin müdiri Gülminə Məlikzadə “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi barədə təqdimatla çıxış edib. Bildirilib ki, proqram çərçivəsində Azərbaycanda əmək bazarının təhlili, qısa müddətli ixtisasartırma modullarının tərtibi və əmək bazarının inkişafı üçün yeni təlim və öyrənmə imkanlarının yaradılması nəzərdə tutulub.

Qeyd olunub ki, layihə çərçivəsində qurulacaq dövlət-özəl tərəfdaşlığı mexanizmləri əmək bazarının real tələblərinə uyğun olaraq yeni bacarıqların formalaşdırılmasını və işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?