2 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib. Tədbirdə Nazirliyin "Yüksəliş" müsabiqəsinin qalib və finalçıları olmuş əməkdaşları iştirak ediblər.

Tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən tədbirlərin vətəndaşlarımızın milli dövlətçilik prinsipləri, hüquq və azadlıqlar haqqında məlumatlılığının artırılmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyanın qəbul edilməsi bugünkü dövlətçiliyimizin əsasında duran ən mühüm amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət ölkənin suverenliyi və müstəqilliyini, sosial-iqtisadi inkişafın gücləndirilməsini təmin edib. Ali Baş Komandanın rəhbərliyi, şanlı Ordumuzun şücaəti ilə əldə edilən böyük Zəfər dövlətimizin ərazi suverenliyini tam bərpa etməklə yanaşı, dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradıb.

Bildirilib ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında rəqabətqabiliyyətli insan resurslarının inkişafı əsas prioritetlərdəndir. Bu baxımdan “Yüksəliş” müsabiqəsi əhəmiyyətli rol oynayır.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Konstitusiya və suverenlik, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr barədə təqdimatlar keçirilib.

Qeyd edilən mövzular üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?