30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2025”) keçirilir. Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə vahid ölkə və kommersiya stendləri ilə iştirak edir.

Agentliyin məlumatına görə, ölkə stendində Azərbaycanın turizm, innovasiya, nəqliyyat, “yaşıl” enerji, neft-qaz, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əldə olunmuş nailiyyətlər və perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri və tematik videoçarxlar, ölkəmizin qeyri-maddi mədəni irs nümunələri nümayiş olunur.

“Made in Azerbaijan” stendində isə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərablar, brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, süd məhsulları, fındıq, nar şirəsi, konservlər və s. məhsullar təqdim olunur. Stenddə həmçinin Çindəki ticarət evlərində nümayiş olunan yerli məhsullarımız yer alıb.

Şanxayda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti “CIIE 2025” sərgisini, o cümlədən Azərbaycan stendlərini ziyarət edib.

Sərgi noyabrın 10-dək davam edəcək.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?