22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Baş nazirin müavini: “Çin şirkətləri Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanır”

Baş nazirin müavini: “Çin şirkətləri Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanır”

Çin şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və sərmayə mühitindən yararlanaraq, ölkəmizdə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir.

Bu sözləri Çin Beynəlxalq İdxal Sərgisində iştirak üçün Şanxayda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev “China Datang Corporation Ltd” və “Wontai Group” şirkətlərinin rəhbərliyi ilə görüşlərdə deyib.

Qeyd olunub ki, dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında dövlətlərarası münasibətlər dinamik və hərtərəfli inkişaf mərhələsini yaşayır. Son illər Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə yüksəlib, Azərbaycan Prezidentinin cari ilin aprelində Çinə dövlət səfəri zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanat imzalanıb.

Bildirilib ki, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi-ticari, o cümlədən sənaye, investisiya, nəqliyyat, energetika, yaşıl enerji, su təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə impuls verir. Azərbaycanda hökm sürən siyasi sabitliyin iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını təmin etdiyi, əlverişli coğrafi mövqe və nəqliyyat-tranzit dəhlizləri sayəsində Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu, bundan başqa, xüsusi iqtisadi zonalarda və ölkəmizin sənaye parklarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradıldığı vurğulanıb.

Çin şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirak etdiyi barədə, o cümlədən onların Azərbaycanla bağlı layihələri haqqında ətraflı məlumat verilib.

AZƏRTAC

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?