30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin ilk üç rübündə AÇG yatağı üzrə 89 milyon barel neft hasil olunub

2025-ci ilin ilk üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə fəaliyyətlərə təqribən 388 milyon dollar əməliyyat məsrəfləri və 912 milyon dollar əsaslı məsrəflər xərclənilib.

bp-dən verilən məlumata görə, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (21 000), “Mərkəzi Azəri” (88 000), “Qərbi Azəri” (75 000), “Şərqi Azəri” (43 000), “Dərinsulu Günəşli” (52 000), “Qərbi Çıraq” (24 000) və ACE (24 000) platformalarından birlikdə – gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 89 milyon barel, yəni 12 milyon ton olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilat quyusu, 48 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.

İlin üç rübü ərzində AÇG-də 6 neft hasilat, 4 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.

Hesabat dövründə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?