30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin layihələri TYNDP 2026 portfelinə daxil edilib

Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsində qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin ilkin siyahısı dərc olunub.

Energetika Nazirliyinin məlumatına görə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihə portfelində yer alıb. Ümumilikdə bu portfelə 178 ötürmə və 49 saxlama layihəsi daxil edilib.

Bu layihələr 2025-ci ilin aprel-may aylarında keçirilən ilk müraciət mərhələsində layihə təşəbbüskarları tərəfindən təqdim edilib. ENTSO-E bütün müraciətlərin TYNDP 2026 üçün qəbul meyarlarına uyğunluğunu yoxlayıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “Yaşıl Enerji Dəhlizi” layihəsinin də tələblərə cavab verdiyi təsdiqlənib. Növbəti mərhələdə, ikinci müraciət pəncərəsi 2025-ci il 15 sentyabr – 15 oktyabr tarixləri arasında açıq olub və ideya mərhələsində olan layihələri hədəfləyib. Bütün təqdim edilmiş layihələr 2025-ci ilin noyabr ayında inzibati və texniki yoxlamadan keçiriləcək. 2026-cı il ərzində TYNDP 2026 portfelinə daxil olan bütün layihələr üzrə xərclər və faydalar təhlili (cost-benefit analysis) aparılacaq. Nəticələr isə 2026-cı ilin sonlarında açıqlanacaq.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrasına məsul qurum “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) yaradılıb. İndiyə qədər Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib. Layihənin texniki-iqtisadi əsaslandırması isə “CESI” şirkəti tərəfindən həyata keçirilir.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?