23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Astarada sahibkarlar və fermerlərlə görüş keçirilib

Astarada sahibkarlar və fermerlərlə görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Astara rayonunda sahibkarlar və fermerlərlə görüş keçirilib.

Agentliyin məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə balıqçılıq, sitrusçuluq, balçılıq, çayçılıq, logistika və turizm sahəsində fəaliyyət göstərən 40-dək fermer və sahibkar iştirak edib.

Tədbirdə AZPROMO tərəfindən ixrac və investisiyaların təşviqi sahəsində həyata keçirilən işlər, xarici bazarlara çıxış imkanları və mövcud dəstək mexanizmləri barədə məlumat verilib. Görüş zamanı həmçinin kənd təsərrüfatı sektorunda tətbiq olunan dövlət subsidiyaları, bitki mənşəli məhsulların istehsalı və ixracında fitosanitar tələblər və nəzarət mexanizmləri, KOBİA tərəfindən sahibkarlara göstərilən xidmətlər, eləcə də ABİF-in güzəştli kredit və zəmanət mexanizmləri barədə danışılıb.

Tədbir zamanı regionda kənd təsərrüfatı və turizm sahələrinin inkişafı istiqamətində mövcud imkanlar, bu sahələrə investisiyaların cəlb olunması ilə bağlı təkliflər müzakirə edilib, sahibkarların sualları cavablandırılıb, aidiyyəti qurumlar və bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?