11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
4SİM-in nümayəndə heyəti Malayziyada Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM-in nümayəndə heyəti Malayziyada Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndə heyəti Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Dünya İqtisadi Forumu (DİF) və Malayziya Dördüncü Sənaye İnqilabı Mərkəzi tərəfindən birgə təşkil olunan “Zəka dövrünü gücləndirmək: Cənub-Şərqi Asiyada regional əməkdaşlığın dərinləşdirilməsi” adlı beynəlxalq tədbirdə iştirak edib.

Mərkəzin məlumatına görə, DİF-in Süni İntellekt Mükəmməliyi Mərkəzinin rəhbəri Kesi Linin də iştirak etdiyi tədbirin sessiyaları zamanı süni intellektin təhlükəsiz tətbiqi, sənaye klasterlərinin transformasiyası, rəqəmsal iqtisadiyyatın inkişafı və yaşıl enerji ticarəti kimi mövzular müzakirə olunub.

Tədbir çərçivəsində 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov sənayedə texnoloji transformasiya mövzusunda panel sessiyada çıxış edərək Azərbaycanın “Sənaye 4.0 Hazırlıq” Proqramı və DİF-in “Keçid edən sənaye klasterləri” təşəbbüsü üzrə ölkəmizdə görülən işlər barədə məlumat verib.

4SİM nümayəndələri Malayziya Dördüncü Sənaye İnqilabı Mərkəzi və DİF tərəfindən birgə təşkil olunan “Süni İntellekt” və “Enerji” adlı qapalı sessiyalarda iştirak ediblər. Sessiyada süni intellektin enerji səmərəliliyi, dayanıqlılığı və karbonsuzlaşma proseslərində rolu müzakirə olunub.

Tədbir çərçivəsində Malayziya və Koreya Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin rəhbərliyi ilə keçirilən görüşlərdə fikir və təcrübə mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?