30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qazaxıstanın dövlət qurumlarının nümayəndə heyəti ilə görüş keçirilib.

Mərkəzin məlumatına görə, görüşün məqsədi iki ölkə arasında dövlət idarəçiliyində rəqəmsal həllər, ixracın təşviqi və startap ekosisteminin inkişafı sahəsində təcrübə mübadiləsini genişləndirmək olub.

Görüşdə “Azexport” portalının rəqəmsal sərgi zalı, elektron ticarət platformaları ilə iş prinsipi, eləcə də “Enterprise Azerbaijan” portalı çərçivəsində startap təşəbbüslərinin dəstəklənməsi və gənc sahibkarların inkişafı istiqamətində görülən işlər barədə təqdimatlar keçirilib.

Görüşdə çıxış edən Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aycan Bicanova qeyd edib ki, İİTKM tərəfindən tətbiq olunan layihələr müasir çağırışlara cavab verən qabaqcıl təşəbbüslərdir. O bildirib ki, Qazaxıstanda da oxşar layihələr icra olunur və bu baxımdan Azərbaycan təcrübəsi onlar üçün maraqlıdır. “QazTrade” təşkilatının ixracın inkişafı üzrə direktoru Aynur Amirbekova isə “Azexport” portalının rəqəmsal ticarət modeli və sərgi zalının fəaliyyət prinsiplərini unikal yanaşma kimi qiymətləndirib. O, bu təşəbbüslərin Türk Dövlətləri arasında genişləndirilməsinin məqsədəuyğun olduğunu və beynəlxalq rəqəmsal inteqrasiyanın gücləndirilməsi baxımından böyük potensial daşıdığını qeyd edib.

Görüşün sonunda tərəflər rəqəmsal ticarət, dövlət idarəçiliyində rəqəmsal həllər, ixracın təşviqi və startap ekosisteminin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, həmçinin bu sahələr üzrə birgə tədbirlərin və layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?