30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

OECD ilə əməkdaşlıq perspektivləri müzakirə edilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Görüşdə Azərbaycanın OECD-nin Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının bir hissəsi olan Şərqi Avropa və Cənubi Qafqaz Təşəbbüsü çərçivəsində Təşkilatla fəal əməkdaşlıq etdiyi vurğulanıb. İqtisadi diversifikasiya, rəqabətqabiliyyətinin artırılması, rəqəmsallaşma və investisiya mühitinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərdə səmərəli tərəfdaşlığın həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, Avrasiya ölkələri ilə OECD arasında əlaqələrin gücləndirilməsi regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir.

Tərəflər investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Hərtərəfli əməkdaşlıq üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barəsində müzakirələr aparılıb.

-----

16:18

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşdə Azərbaycan və OECD arasında investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik.

Azərbaycanın Təşkilatın Avrasiya Rəqabətqabiliyyətlilik Proqramındakı rolunun gücləndirilməsi üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barədə müzakirələrimiz oldu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir onu da vurğulayıb ki, Avrasiya ölkələri ilə OECD arasında əlaqələri gücləndirmək regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?