8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşçilərini sığorta etməyənlər avtomatik müəyyənləşəcək

İşçilərini sığorta etməyənlər avtomatik müəyyənləşəcək

Gələn aydan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilib ki, məlumat mübadiləsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, "PAŞA Həyat Sığorta", "Atəşgah Həyat Sığorta", "Qala Həyat Sığorta" və "Xalq Həyat" ASC-lərin nümayəndələri ilə görüş keçirilib. Məqsəd nazirlik və həmin qurumlar arasında imzalanan əməkdaşlıq üzrə memorandumun tətbiqi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Müzakirə zamanı istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, dövlət orqanları, işəgötürənlər və sığorta şirkətləri arasında bu sahədə əlaqələndirmənin təmin olunması vacibdir. Əməkdaşlıq müstəvisində görüləcək işlər barədə bildirilib ki, məlumat mübadiləsinin elektron qaydada həyata keçirilməsi ölkə üzrə bütün işçilərin icbari sığorta ilə əhatə olunmasına, öz işçilərini sığorta etdirməyən işəgötürənlərin elektron qaydada müəyyən olunaraq qanunvericiliyə uyğun tədbirlər görülməsinə, ümumən bu sahədə nəzarət sisteminin operativ qurulmaqla təkmilləşməsinə imkan verəcək.

Görüşdə sistemin sentyabr ayının əvvəlindən tam fəaliyyətə başlanacağı vurğulanıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?