11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mis filizləri və konsentratlarının ixrac göstəriciləri açıqlanıb

Mis filizləri və konsentratlarının ixrac göstəriciləri açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkədən dəyəri 29,9 milyon ABŞ dollar olan 16 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,3 dəfə və ya 28,4 milyon dollar, həcm baxımından isə 22 dəfə və ya 15,3 min ton çoxdur.

Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən dəyəri 2,36 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13,7 faiz üstələyir. Hesabat dövründə mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 1,26 faizə bərabər olub.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?