19 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO Qazaxıstanda görüşlər keçirib

Qazaxıstan–Azərbaycan biznes forumu çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov və “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”nin baş direktoru Aytmuxammed Aldajarov ilə görüşlər keçirib.

Qazaxıstan Xarici Ticarət Palatası ilə görüş

Görüşdə Qazaxıstan–Azərbaycan biznes forumu çərçivəsində keçirilən Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclasının əhəmiyyəti vurğulanıb, hər iki ölkənin biznes dairələrinin sıx əməkdaşlıqda maraqlı olduqları bildirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin rəqəmsal inkişaf konsepsiyası, sənayenin rəqəmsallaşdırılması prosesi haqqında məlumat verib, biznesin dövrümüzün yeni tələbləri ilə uyğunlaşmasının vacibliyini vurğulayıb.

Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov ölkəsinin makroiqtisadi göstəriciləri, o cümlədən iqtisadiyyatın aparıcı sahələri barədə danışıb. Bildirilib ki, keçirilən forumlar, eləcə də İşgüzar Şura ikitərəfli biznes əlaqələrinin tənzimlənməsi üçün səmərəli mexanizm rolu oynayır. Sözügedən platformaların effektivliyinin daha da artırılması məqsədilə AZPROMO və Palata tərəfindən birgə səylərin göstəriləcəyi qeyd edilib.

“QazTrade” ilə görüş

Görüşdə tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, tətbiq olunan ixracın təşviqi mexanizmləri, sahibkarlara göstərilən xidmətlər və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, logistik xərclərin qarşılanması mexanizminin tətbiqi müzakirə olunub. “QazTrade” tərəfindən ölkələrimizin birgə istehsal edə biləcəyi potensial ortaq məhsulların Orta Dəhliz vasitəsilə Qazaxıstan üzərindən üçüncü ölkələrə, o cümlədən Çinə tranzit ixracının perspektivləri yüksək qiymətləndirilib. Bu xüsusda “QazTrade”in dəstək göstərə biləcəyi bildirilib və müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?